ABŞ-İran danışıqlarında yeni razılaşma: Atəşkəs uzadılır

ABŞ-İran danışıqlarında yeni razılaşma: Atəşkəs uzadılır
DÜNYA
12:59 12.08.2026
161
ABŞ və İran atəşkəsi uzatmaq barədə razılığa gəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pakistan hökuməti mənbələrinin məlumatına görə, ABŞ və İran gələn həftə başa çatacaq 60 günlük atəşkəs müddətinin uzadılması barədə razılığa gəlib.

Məlumata görə, atəşkəsin uzadılması tərəflər arasında davam edən danışıqların daha uzun müddət aparılmasına imkan verəcək.

Razılaşmanın ABŞ və İran arasında müzakirələrin davam etdirilməsi və mümkün yekun razılaşmanın əldə olunması üçün əlavə vaxt qazandıracağı gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR