ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, amerikalı məhbuslarla bağlı razılaşma İrana qarşı ümumi münasibəti dəyişməyəcək.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Blinken İrana ümumi yanaşmanın dəyişməyəcəyini bildirib. O İrana çəkindirmə, təzyiq və diplomatiya prosesinin davam etdiyini qeyd edib:
"İranın nüvə silahı əldə etməməsini təmin etmək öhdəliyimizə sadiqik. Biz rejimi insan hüquqlarının pozulması, regionda sabitliyi pozan hərəkətlər, terrorizmin maliyyələşdirilməsi və Rusiyaya pilotsuz təyyarələrin verilməsinə görə cavabdeh olmağa davam edirik".
İranda saxlanılan 5 amerikalının ailələri ilə görüşdüyünü bildirən Blinken, İranın ABŞ vətəndaşların ev dustaqlığına buraxmasının müsbət addım olduğunu vurğulayıb.
Şəbnəm