ABŞ İrana nə zaman hücum edəcək? - Bu “Pirr qələbəsi” olacaq

ABŞ İrana nə zaman hücum edəcək? - Bu “Pirr qələbəsi” olacaq
SİYASƏT
15:47 27.02.2026
407
Bütün dünya İranla bağlı vəziyyətdən ciddi narahatdır. Bunun səbəbi həm siyasi, həm geosiyasi, həm iqtisadi, həm də hərbi amillərdir. İranın ABŞ və onun yaxın müttəfiqi İsraillə qarşı-qarşıya olması həm bölgədə, həm də dünya səviyyəsində gərginliyi artırır.

Belə olan halda sual yaranır ki, ABŞ-nin İran üzərinə hərbi zərbələr endirməsi mümkündürmü? 

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, iki ölkə arasında gərginlik davam edir: 

"Amerika Birləşmiş Ştatları ilə İran arasındakı gərginlik artan templə davam edir. ABŞ İrana lokal xarakterli zərbələr endirə və müəyyən əməliyyatlar həyata keçirə bilər. Lakin total müharibə ehtimalı yoxdur, çünki bunun xərci çox böyükdür və riskləri yüksəkdir. ABŞ özü də ikinci Əfqanıstan və İraq ssenarisi ilə üzləşmək istəmir. İranın müdafiə xarakterli ordusu isə yaxşıdır”.

T.Rzayev qeyd edib ki, Amerika İran Ali Rəhbərini sıradan çıxarmağı düşünür:

"ABŞ Məhərrəmlik ayına qədər müəyyən qələbələr əldə edə bilər, lakin bu, "Pirr qələbəsi”dən başqa bir şey olmaz. Ona görə daha alternativ variantlara baxmaq lazımdır. Amerika İran Ali Rəhbərini Əli Xameneini sıradan çıxarmağı, nüvə obyektlərinə zərbə endirməyi və strateji şəxsləri aradan götürməyi planlaşdırır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR