Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bəyan edib.
"Onlar (danışıqlar - Qeyd) davam edir. Prezident (ABŞ Donald Tramp - Qeyd) bazar ertəsi günü bildirdiyi kimi, onlar məhsuldar şəkildə davam edir", - deyə Livitt əlavə edib.
"Prezident həmişə sülhə üstünlük verir; daha çox insan itkisinə və dağıntıya ehtiyac yoxdur. Lakin İran mövcud reallığı qəbul etməsə, əziyyət çəkdiklərini və hərbi məğlubiyyətə uğramağa davam etdiklərini başa düşməsə, Prezident Tramp əvvəlkindən daha çox zərbə alacaqlarını təmin edəcək".










































