ABŞ İranın bu şəhərini vurdu: Toy mərasiminə raket düşdü - Ölənlər var
SOSİAL
00:05 02.09.2026
159
Yaxın Şərqdə şiddətlənən hərbi qarşıdurma zamanı dinc sakinlər hədəfə tuş gəlib. İranın cənubundakı Hörmüzqan vilayətinin Sirik şəhərinə endirilən zərbələr nəticəsində qanlı insident baş verib.
Bu barədə Hörmüzgan vilayətinin qubernator müavini Əhməd Nəfisi İranın dövlət televiziyasına açıqlama verib.
Onun sözlərinə görə, ABŞ qüvvələrinin hücumu birbaşa dinc əhalinin olduğu əraziyə düşüb: "Sirikə hücum zamanı təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binası zərbəyə məruz qalıb. Hadisə nəticəsində iki nəfər həlak olub, mərasimdə iştirak edən çox sayda insan isə yaralanıb”.