ABŞ İranın Şimali İraqa hücumuna reaksiya verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İranın Şimali İraqdakı hücumlarını pisləyib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dünən gecə İraqın şimalında Kürdüstan Demokratik Partiyası (İKDP) və Komele qərargahına raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları pisləyib.
CENTCOM Komandanlığı "Twitter” hesabında mövzu ilə bağlı açıqlama verib.
"İraqın Ərbil şəhəri yaxınlığında İranın sərhədyanı raket və dron hücumlarını qınayırıq”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin bəyanatda deyilir: "Bu cür qeyri-qanuni hücumlar dinc əhalini riskə atır, İraqın suverenliyini pozur, İraqın və Yaxın Şərqin çətinliklə qazanılmış təhlükəsizliyini və sabitliyini təhlükə altına qoyur.
Ayşən