ABŞ İranın zərbə endirə biləcəyi məsafədə yerləşən bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı tapşırıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ABŞ sözügedən səfirliklərə risklərin azaldılması üçün görülən tədbirlər barədə Vaşinqtona hesabat göndərməyi də tələb edib.
"ABŞ İranın zərbə endirə biləcəyi məsafədə olan bütün səfirliklərinə fövqəladə hallar komitələrini çağırmağı və riskləri azaltmaq üçün hansı tədbirlər gördükləri barədə Vaşinqtona məlumat göndərməyi tapşırıb", - məlumatda bildirilib.