ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib

ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
DÜNYA
18:11 17.09.2025
108
ABŞ Dövlət Departamenti İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı olaraq tanıyıb.

Bu barədə məlumat departamentin saytında dərc olunub.

Sözügedən qruplaşmalar "Hərəkət əl-Nücəba”, "Kətaib Seyyid əl-Şühəda”, "Hərəkət Ənsar Allah əl-Əvfiya” və "Kataib əl-İmam Əli”dir.

ABŞ Dövlət Departamenti "İranı dünyada terrorizmin sponsoru” adlandırıb və rəsmi Tehranın bu qruplaşmalara hər cür dəstək göstərdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR