Pentaqon İranla bağlı hərbi əməliyyatları davam etdirmək üçün 200 milyard dollardan çox əlavə büdcə istəyir.
AZXEBER.COM xəbər verir ki, bu səbəbdən büdcə layihəsi ABŞ Konqresinə təqdim edilib.
The Washington Post qəzetinin yaydığı məlumata görə, bu rəqəm ABŞ-ın son illərdəki ən böyük hərbi xərcləmə tələblərindən biri kimi qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, bu həcmdə maliyyələşmə yalnız hava əməliyyatlarını deyil, həm də logistika, kəşfiyyat, sursat və şəxsi heyətin xərclərini əhatə edən genişmiqyaslı müharibə ssenarisinə işarə edir.
Xəbərdə diqqət çəkən digər məqamlardan biri də Ağ Saray daxilində büdcə ilə bağlı tam razılığın olmadığına dair qiymətləndirmələr olub.
Bildirilir ki, Pentagon son iki həftə ərzində fərqli maliyyə paketləri hazırlayıb və bu vəziyyət hərbi strategiyadakı qeyri-müəyyənlikləri, eləcə də qərarvermə prosesindəki fikir ayrılıqlarını əks etdirir.
Həmçinin qeyd olunur ki, bəzi yüksək vəzifəli rəsmilər bu həcmdə büdcə tələbinin siyasi baxımdan müdafiə edilməsinin çətin olacağını düşünürlər.









































