Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi İsrailin Qəzzanın cənubundakı əməliyyatlarına dəstək verməyəcəklərini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) da İsraili silahlı münaqişə qanunlarına əməl etməyə çağırıb.
Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Oktyabrın 7-də HƏMAS-ın hücumuna müdaxilə edən İsrail döyüş helikopterinin musiqi festivalında dinc insanları da vurması xəbəri ilə bağlı verilən suala Kirbi "Bu mövzuda konkret məlumatım yoxdur",- deyib.
İordan çayının qərb sahilində məskunlaşanların zorakılığına toxunan Kirbi orada fələstinlilərə qarşı zorakılıq aktlarının artmasının qətiyyən qəbuledilməz olduğunu vurğulayıb.
Kirbi ilk işlərinin məhbusları azad etmək olduğunu və bu mövzuda çox çalışdıqlarını qeyd edib.
Ayşən