ABŞ İsrailə 510 milyon dollarlıq sursat satışını təsdiqlədi

ABŞ İsrailə 510 milyon dollarlıq sursat satışını təsdiqlədi
DÜNYA
10:50 01.07.2025
512
ABŞ Dövlət Departamenti İsrailə 510 milyon dollar dəyərində sursat, təlimat paketləri və dəstək avadanlığının satışını təsdiqləyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən İsrailə 510 milyon dollar dəyərində sursat, bələdçi paket və əlaqədar dəstək ləvazimatlarının satışının təsdiqlənməsi ilə bağlı yazılı açıqlama verilib.
 
Bəyanatda DSCA-nın təsdiqi ABŞ Konqresinə göndərdiyi bildirilir. Qeyd olunub ki, İsrailin tələb etdiyi və ümumi dəyəri 510 milyon dollar olan satışa BLU-109 bombaları üçün 3845 KMU-558B/B və MK 82 bombaları üçün 3280 KMU-572 F/B Birgə Birbaşa Hücum Sursat (JDAM) bələdçi dəstləri daxildir.

Açıqlamada satışın ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə dəstək verdiyi, İsrailin təhlükəsizliyinin artırılmasının ABŞ-ın maraqları üçün həyati əhəmiyyət daşıdığı bildirilib.
 
Açıqlamada satışın İsrailin indiki və gələcək təhdidlərlə mübarizə qabiliyyətini artıracağı ifadə edilərkən, sözügedən paketin İsrailin sərhədlərini, infrastrukturunu və məskunlaşma mərkəzlərini müdafiə etmə qabiliyyətini artıracağı da vurğulanıb.
 
JDAM bələdçi dəstlərinin bir hissəsinin ABŞ dövlət ehtiyatlarından əldə edilə biləcəyi və satışın ABŞ-ın müdafiə hazırlığına mənfi təsir göstərməyəcəyi bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi