Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib

Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
SOSİAL
16:35 18.10.2026
92
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, səfir bu barədə "X” sosial şəbəkəsində paylaşım edib.

"Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm. Ukrayna və Azərbaycan arasında tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyünə qarşılıqlı dəstək münasibətləri mövcuddur”, – paylaşımda qeyd olunub.

Yuriy Husyev Azərbaycan xalqına sülh, rifah və parlaq gələcək arzulayıb.

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. 
OXŞAR XƏBƏRLƏR