ABŞ İsrailə quru əməliyyatlarını dayandırmağı təklif edib - KİV

ABŞ İsrailə quru əməliyyatlarını dayandırmağı təklif edib - KİV
DÜNYA
11:35 23.10.2023
157
İsrail ordusu Qəzzaya hücumlarını 17 gündür davam etdirərkən, ABŞ mətbuatında çıxan bir xəbər böyük əks-səda yaradıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "The New York Times" nəşri yazıb ki, ABŞ İsrailə Qəzzaya hücumunu dayandırmağı təklif edib:
 
"Bayden administrasiyası girovlarla bağlı danışıqlar, fələstinlilərə yardımın çatdırılması və daha çox mülki itkilərin qarşısının alınması yollarının müəyyən edilməsi üçün daha çox vaxt lazım olduğunu təklif edib", - deyə hesabatda deyilir.
 
Qəzetdə bildirilib ki, israillilərə quru müharibəsini təxirə salmaq məsləhəti müdafiə naziri Loyd Oustin vasitəsilə çatdırılıb.
 
İsrail müdafiə nazirinin sözçüsü Yoav Gallant bu iddianı təkzib edib.

ABŞ Dövlət Katibi Entoni Blinken bazar günü CBS News-un proqramında Birləşmiş Ştatların İsraildən girovlarla bağlı danışıqlara vaxt vermək üçün quru hücumunu təxirə salmasını xahiş edib-etmədiyini soruşduqda birbaşa cavab verməkdən imtina edib.
 
Bununla belə, o, ABŞ-ın işğalla bağlı İsrailə məsləhətlər verdiyini vurğulayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR