ABŞ prezidenti Donald Trampın girovları azad etmə planının işə düşməsi üçün İsrail Qəzza zolağına hücumu dayandırmalıdır.
Bunu ABŞ-nin dövlət katibi Marko Rubio "CBS News" telekanalına açıqlamasında deyib.
Rubio xatırladıb ki, Fələstinin "HƏMAS" hərəkatı Trampın təklif etdiyi düsturla razılaşıb, ona görə də girovların azad edilməsi üçün şərait yaradılmalıdır:
"Düşünürəm ki, israillilər və hamı anlayır ki, zərbələr davam edərkən girovları azad etmək olmaz, ona görə də zərbələr dayandırılmalı olacaq. Bu müddət ərzində müharibə ola bilməz".
/report