“ABŞ Kamala Harrislə yeni səhifə açmağa hazırdır" - Barak Obama

DÜNYA
12:45 21.08.2024
129
ABŞ-nin sabiq prezidenti Barak Obama vitse-prezident Kamala Harris və Respublikaçı namizəd Donald Tramp haqda danışıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Obama Demokratlar Partiyası Konqresindəki çıxışında açıqlama verib.

Obama Harris haqda "ABŞ Kamala Harrislə yeni səhifə açmağa hazırdır və o, amerikalıların problemlərinə diqqət yetirəcək" - deyə Harrisi prezidentliynə ən layiq namizəd olduğunu deyib.

Obama həmçinin qeyd edib ki, onun prezidentliyi dövründə vitse-prezident olan Co Bayden təhlükə zamanı ABŞ demokratiyasını qoruyub.

Keçmiş prezident Trampı da təhlükəli adam kimi tənqid edib.

"Həqiqət budur ki, Donald Tramp hakimiyyəti öz məqsədləri üçün istifadə etməkdən başqa bir şey düşünmür" - deyə Obama əlavə edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR