ABŞ kəşfiyyatı Rusiya-Ukrayna müharibəsinin daha uzun sürəcəyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya prezidenti Putin gözləniləndən uzun müharibə planlaşdırır.
Rusiya ilə Ukrayna arasındakı müharibə dünya iqtisadiyyatına mənfi təsir göstərib. Həm tədarük zənciri böhranının, həm də enerji böhranının bir an əvvəl bitməsini istəyənlər müharibənin nə vaxt bitəcəyi haqda düşünürlər. ABŞ kəşfiyyatının məlumatına görə isə Rusiya-Ukrayna müharibəsi daha uzun müddət davam edə bilər.
ABŞ Senatında dinləmələrdə çıxış edən Milli Kəşfiyyatın direktoru Avril Haines Rusiyanın Donbasa doğru hərəkətinin müvəqqəti dəyişiklik olduğunu və Putinin strateji hədəflərinin dəyişməz qalacağını deyib. Haines Putinin gözlənildiyindən daha uzun bir müharibə planlaşdırdığını da vurğulayıb.
Haines deyib ki, Putin hələ də Donbasdan kənarda da hədəflərə çatmaq niyyətindədir, lakin öz məqsədləri ilə Rusiyanın mövcud adi hərbi potensialı arasında uyğunsuzluqla üzləşir. Kəşfiyyat direktoru Haines əlavə edib ki, Putin yəqin ki, inflyasiya, ərzaq qıtlığı və enerji qiymətləri ilə bağlı problemlər pisləşdikcə ABŞ və Aİ-nin Ukraynaya dəstəyinin zəifləyəcəyini gözləyir.
Ayşən