ABŞ kəşfiyyatının başçısı Tramp-ı “danışığına fikir verməyə” çağırıb

ABŞ kəşfiyyatının başçısı Tramp-ı “danışığına fikir verməyə” çağırıb
SOSİAL
13:06 16.01.2017
960

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru John Brennan prezident seçilmiş Donald Trump-a işə başlayandan sonra "nə gəldi danışmaması” barədə xəbərdarlıq edib.

O deyib ki, "bədaətənlik” milli təhlükəsizlik maraqlarına ziddir.

Təhlilçilər deyirlər ki, cənab Brennan çox güman Trump-ın böyük məsələlər barədə vaxtaşırı Tvitterdə yazmasını nəzərdə tutub.

Brennan həmçinin deyib ki, Trump Rusiyanın nəyə qadir olduğunu və ya niyyətlərini lazımınca qiymətləndirmir.

"Məncə cənab Trump Rusiyanın ötən bir neçə ildəki hərəkətlərini bağışlamağın onu hansı yola gətirə biləcəyi barədə çox, çox ehtiyatlı olmalıdır” – deyib Brennan.

Cənab Brennan-ın Fox News Sunday proqramına müsahibəsindən bir həftə əvvəl ABŞ kəşfiyyatının Rusiyaya dair hesabatı açıqlanmaışdı. Həmin hesabatda deyilirdi ki, Rusiya prezidenti Putin ABŞ seçkisinin nəticələrini təsirləndirməyə çalışıb.

Cənab Trump ABŞ kəşfiyyatının gəldiyi nəticələri daim şübhə altına alıb və xüsusi xidmətləri sərt tənqid edib.

Bu arada Kreml və Trump-ın komandası iki liderin guya İslandiyanın paytaxtı Reykyavikdə görüşməyi planlaşdırdıqları barədə xəbərləri təkzib ediblər.

Görüş üçün bu şəhərin seçilməsi barədə xəbərlər təhlilçilərin bəzi paralellər gətirməsinə səbəb olmuşdu. Beləki 1986-cı ildə Reykyavikdə Reagan və Qorbaçov arasında görüş Soyuq Müharibənin başa çatması kimi qiymətləndirilmişdi, lakin bu həm də Sovet İttifaqının çöküşünün başlanğıcı idi.

Cənab Brennan sözü gedən müsahibədə deyib ki, gələn cümədən prezident olacaq şəxsə "danışmaq və tvit” yazmaq yaraşmaz.

Kəşfiyyata barmaq tuşlamaq

"Bədaətənlik milli təhlükəsizlik maraqlarına xidmət edən bir şey deyildir. Buna görə də o danışanda və ya reaksiya verəndə dediklərinin Birləşmiş Ştatlara nə kimi böyük nəticə və mürəkkəblik yarada biləcəyini anlamalıdır, – deyib Brennan – Burada söhbət təkcə Trump-dan getmir, Amerika Birləşmiş Ştatlarından gedir”.

MKİ direktoru həmçinin cənab Trump-ın hesabatın sızdırılmasına görə kəşfiyyatı ittiham etməsinə cavab verib.

"Burada ən çox hiddət doğuran kəşfiyyat icmasının nasist Almaniyasına bənzədilməsidir” deyib Brennan.

O Trump-ı artıq çoxdandır ki, ictimaiyyətə bəlli olan hesabatın sızdırılmasına görə "kəşfiyyata barmaq tuşlamamağa” çağırıb.

Lakin Trump bu xəbərdarlığa da Tvitterdə cavab verib və bildirib ki, Washington Post qəzetinin qocaman jurnalistlərindən Bob Woodward da hesabatın sızdırılmasına görə xüsusi xitmətləri günahlandırıb.

Trump yazıb ki, media ondan üzr istəməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO
17:53 11.03.2025
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO