ABŞ kəşfiyyatının təəccüblü iddiası: "Vaqner"in silahlı üsyan qaldıracağını bilirdik

ABŞ kəşfiyyatının təəccüblü iddiası: "Vaqner"in silahlı üsyan qaldıracağını bilirdik
DÜNYA
14:27 25.06.2023
540
Rusiyanın "Vaqner” təhlükəsizlik şirkətinin Rusiyada çevriliş cəhdi geniş ictimai əks-səda doğursa da, Belarus prezidenti Aleksandr Lukaşenkonun cəhdləri ilə sona çatan üsyanla bağlı ABŞ mətbuatında vacib iddia yer alıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ kəşfiyyat rəsmilərinin Vaqnerin qurucusu Yevgeni Priqojinin silahlı aksiyaya hazırlaşdığını bir neçə gün əvvəl bildikləri və sözügedən kəşfiyyatı "təcili” kodla Ağ Evə və əlaqədar qurumlara ötürdükləri iddia edilib.

ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın "Vaqner” təhlükəsizlik şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı aksiyaya hazırlaşdığını iyunun ortalarında öyrəndiklərini iddia ediblər. "The Washington Post” qəzetinin xəbərinə görə, adlarının açıqlanmasını istəməyən ABŞ kəşfiyyat rəsmiləri, iyunun ortalarında Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı silahlı əməliyyat planlaşdırdığına dair kəşfiyyat məlumatı topladıqlarını və Ağ Evə və əlaqədar qurumlara "təcili” kodu ilə məlumat ötürüb.
 
Priqojinin üsyanına hazırlıqsız tutulmadıqlarını qeyd edən bir kəşfiyyat rəsmisi "ABŞ rəhbərliyinə nəyinsə planlaşdırıldığını bildirmək üçün kifayət qədər əlamətlər var idi, ona görə də Ağ Evin buna hazır olduğunu düşünürəm" fikrini bölüşüb. "Bu istiqamətdə çoxlu suallar var idi" deyən rəsmi Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı yüksək narahatlığın olduğunu və istənilən qeyri-sabitliyin Rusiyanın nüvə arsenalına nəzarətdə problem yarada biləcəyini əlavə edib.
 
Putinin Priqojinin hərbi komandanlığı ələ keçirmək üçün Moskvaya yürüşünü əngəlləmək üçün niyə hərəkətə keçmədiyinin aydın olmadığını vurğulayan səlahiyyətlilər "onlar Putinin hərəkətsizliyinin Rusiya hökumətində yüksək səviyyədə koordinasiya çatışmazlığını və daxili rəqabəti əks etdirdiyini düşünürlər", - deyib.

Qeyd edək ki, "Vaqner” özəl muzdlu silahlı qruplaşmanın qurucusu Yevgeni Priqojin Rusiya ordusunu Vaqnerə hücumda ittiham edib və cavab zərbəsi endirməklə hədələyib. Vaqner döyüşçüləri Ukraynanı tərk edərək sərhədyanı Rostov rayonuna daxil olublar.

Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) "silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb. Rusiya prezidenti Vladimir Putin Priqojinin üsyanını "vətənə xəyanət” adlandırıb. Priqojin Moskvaya gedəcəklərini açıqlayıb və Kreml rəhbərliyi ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini artırıb.

Xatırladaq ki, Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyin azaldılması təklifini qəbul edib. Priqojin tərəflərdən birinin üzərinə rus qanının tökülməsinin məsuliyyətini anladıqlarını və plana uyğun olaraq dəstələrini geri çevirərək səhra düşərgələrinə qayıdacaqlarını açıqlayıb. Kremlin sözçüsü Dmitriy Peskov isə Priqojina qarşı cinayət işinin bağlandığı və Priqojinin Belarusa gedəcəyini deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR