Kiyev üçün ABŞ silahlarının alınması çərçivəsində Aİ ölkələri tərəfindən maliyyələşdirilən ABŞ hərbi yardımının ilk iki paketinə "Patriot” HHM sistemi üçün raketlər və HIMARS üçün raketlər daxil olacaq.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Oktyabrda əlavə vəsait alacağıq; düşünürəm ki, 3,5-3,6 milyard civarında pulumuz olacaq. İlk iki paketin hər biri 500 milyon olacaq. Bu paketlərə mütləq "Patriot” və HIMARS üçün raketlər daxil olacaq", - Zelenski bildirib.
Qeyd edək ki, çərşənbə axşamı "Reuters" mənbələrə istinadən Tramp administrasiyasının Kiyevə ABŞ-ın NATO müttəfiqləri tərəfindən maliyyələşdirilən ilk hərbi yardım paketini təsdiqlədiyi ilə bağlı məlumat yayıb. Lakin Ağ Ev bu məlumatı rəsmən təsdiqləməyib.