ABŞ Konqresi Türkiyəyə “F-16”ların satışı ilə bağlı müqaviləni təsdiqlədi

ABŞ Konqresi Türkiyəyə “F-16”ların satışı ilə bağlı müqaviləni təsdiqlədi
DÜNYA
12:55 11.02.2024
151
ABŞ Konqresi Türkiyəyə 40 yeni "F-16” qırıcısının satışı və mövcud "F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün "X” səhifəsində məlumat yayıb.

Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir:

"Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş "F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin "F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.
 
///report
OXŞAR XƏBƏRLƏR