ABŞ Konqresinə namizədliyini irəli sürən Ramin Məmmədov DANIŞDI

SOSİAL
17:35 25.09.2021
246
"Azərbaycanın maraqları, o cümlədən Vətən müharibəsi ilə bağlı məsələləri siyasi platformalarda və sosial şəbəkələrdə mütəmadi olaraq qaldırıram”.

Bu sözləri ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürən həmyerlimiz Ramin Məmmədov Media.Az-a müsahibəsində bildirib.

O, hazırda seçki kampaniyası ilə məşğul olduğunu deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın maraqları ilə bağlı məsələləri qaldırdığı üçün erməni həmkarlarının onu seçkiqabağı yarışdan kənarlaşdırmağa çalışacağı variantlarını da nəzərdən keçirir.

"İstənilən halda, hər nə etsələr, bu, məni dayandırmayacaq. Hər hansı bir cəhdləri dərhal müvafiq şəkildə cavablandırılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Ramin Məmmədov ABŞ-a 21 yaşında yollanıb və çətin yollardan keçib: təhsilinin pulunu ödəmək üçün təmizlikçi, qabyuyan və çörəkçi kimi çalışıb, 20 il müddətində daim irqçiliklə üzləşib. Ancaq bütün çətinliklərə baxmayaraq, arzusu uğrunda mübarizəni dayandırmayıb.

O, hazırda Demokratlar Partiyasının üzvüdür və ABŞ Konqresinin Nümayəndələr Palatasına 2022-ci ildə keçiriləcək seçkilərə öz namizədliyini irəli sürüb.

OXŞAR XƏBƏRLƏR