ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən uzaqlaşdırıldı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsindən uzaqlaşdırıldı
DÜNYA
11:18 04.10.2023
147
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Troy Nels (Texasdan olan respublikaçı) partiya yoldaşı Kevin Makkarti (Kaliforniyadan) vəzifəsindən kənarlaşdırıldıqdan sonra Amerika qanunverici orqanının aşağı palatasının spikeri vəzifəsinə ölkənin keçmiş prezidenti Donald Trampın namizədliyini irəli sürüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, "X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Kevin Makkarti bir daha spiker seçilmək istəməyəcək. Mən Donald Trampın Nümayəndələr Palatasının sədri vəzifəsinə namizədliyini irəli sürürəm", - Nels qeyd edib. Konqresin Aşağı Palatasının spikeri vəzifəsi ABŞ hökumət iyerarxiyasında üçüncü ən vacib vəzifədir.

Qeyd edək ki, bundan əvvəl ABŞ qanunverici orqanının aşağı palatasındakı əksəriyyət Makkartinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Ölkə tarixində ilk dəfə olaraq Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Bu vəzifəni Şimali Karolinadan olan respublikaçı Patrik Makqenri konqresmenlər yenisini seçənə qədər icra edəcək.

Gülay
OXŞAR XƏBƏRLƏR