ABŞ-la Rusiya arasında danışıqlar başladı

ABŞ-la Rusiya arasında danışıqlar başladı
DÜNYA
12:26 10.01.2022
406
İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.

Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edir.

Görüş ABŞ-ın Cenevrədəki nümayəndəliyində keçirilir.

Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib. Yanvarın 12-də isə Rusiya təmsilçiləri ilə NATO nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR