ABŞ ölkəsinə qaçqın qəbulunu azaldır?

ABŞ ölkəsinə qaçqın qəbulunu azaldır?
DÜNYA
11:29 02.10.2020
482

ABŞ hökuməti 2021-ci ildə ölkəyə qaçqın qəbulu limitinin azaldılmasını təklif edib.

TASS xəbər verir ki, ölkədə 1980-ci ildən bəri minimum rəqəm hesab olunan 15 mindən çox insanın qəbul edilməməsi təklif olunub.

 

Dövlət Departamentindən bildirilib ki, 2021-ci ildə təqribən 300 min insanın qaçqın statusu alması gözlənilir.

"Bu saydan 15 minə qədəri ABŞ-ın qaçqın qəbulu proqramı çərçivəsində qəbul ediləcək qaçqınlar olacaq”, - deyə məlumatda qeyd edilir.

Dövlət Departamentindən vurğulanıb ki, bu qərar ABŞ rəhbərliyinin xüsusən COVID-19 pandemiyası fonunda vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyini əks etdirir.

OXŞAR XƏBƏRLƏR