ABŞ məhkəməsi Maskı saxtakarlıqda ittiham etdi

ABŞ məhkəməsi Maskı saxtakarlıqda ittiham etdi
DÜNYA
09:39 21.03.2026
184
ABŞ federal məhkəməsi İlon Maskın 2022-ci ildə hazırda "X” kimi tanınan "Twitter" platformasını satınalma prosesi zamanı investorları qismən yanıltdığına qərar verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, San-Fransiskoda keçirilən məhkəmə prosesində münsiflər heyəti Maskın xüsusilə platformadakı saxta ("bot”) hesabların sayı ilə bağlı bəzi açıqlamalarının federal qanunları pozduğunu bildirib. Qərara əsasən, bu açıqlamalar "Twitter" səhmlərinin qiymətində süni enməyə səbəb olub.

Bununla yanaşı, münsiflər heyəti Muskın investorları aldatmaq məqsədilə genişmiqyaslı "cinayət sxemi” həyata keçirdiyi iddialarını əsaslı hesab etməyib.

Xatırladaq ki, 14 aprel 2022-ci ildə İlon Mask ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənəddə "Twitter"i səhm başına 54,2 dollara almağı təklif edib. Şirkət isə 25 aprel tarixində satış üzrə razılığın əldə olunduğunu açıqlayıb.

Həmin il Mask bu açıqlamalarına görə investorlar tərəfindən məhkəməyə verilmişdi.
OXŞAR XƏBƏRLƏR