ABŞ-Meksika sərhədində atışma: 6 polis öldürüldü

ABŞ-Meksika sərhədində atışma: 6 polis öldürüldü
DÜNYA
20:01 27.06.2022
337
Meksikanın şimalında patrul xidməti aparan polisə hücum edilib. Nəticədə 6 polis əməkdaşı öldürülüb, 4-ü yaralanıb.

AZXEBER.COM Teleqraf.com-a istinadən xəbər verir ki, Meksika polisi öncədən düşünülmüş şəkildə pusquya salınıb.

"Təəssüf ki, 6 polisimiz xidməti vəzifəsini yerinə yetirərkən həlak olub”, - Meksikanın İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatından istifadə edilib.

Qeyd olunur ki, hadisə Meksika-ABŞ sərhədi yaxınlığında baş verib.

Ətraflı
Nazirlik həmçinin bildirib ki, hücum edənlər yüksək çaplı silahlardan istifadə edib və 10 zirehli maşınla hadisə yerindən qaçıblar.
OXŞAR XƏBƏRLƏR