İrana qarşı müxtəlif qabaqcıl süni intellekt alətlərindən istifadə olunur.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper deyib.
"Bu sistemlər bizə böyük həcmdə məlumatı saniyələr içində təhlil etməyə imkan verir, beləliklə, liderlərimiz səs-küy içində doğru qərarları düşməndən daha sürətli qəbul edə bilirlər”, - o qeyd edib.
Kuper qeyd edib ki, qabaqcıl süni intellekt alətləri saatlar, bəzən günlər tələb edən prosesləri saniyələrə çevirir: "Son qərarı isə hər zaman insan verir: nəyi atmaq, nəyi atmamaq və nə vaxt atmaq”.










































