ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib

ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirib
DÜNYA
20:58 15.07.2024
210
ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Respublika Partiyasının ABŞ-nin Miluoki şəhərindəki qurultayında təhlükəsizlik tədbirləri də nəzərdən keçirilib və gücləndirilib.

Bildirilib ki, ABŞ Məxfi Xidməti gələcəkdə D.Trampa sui-qəsd cəhdinə bənzər hadisələrin qarşısını almaq üçün səlahiyyətlilərlə işləyir.
OXŞAR XƏBƏRLƏR