ABŞ minerallarla bağlı razılaşmadan sonra Kiyevə hərbi yardımı bərpa etməyəcək

ABŞ minerallarla bağlı razılaşmadan sonra Kiyevə hərbi yardımı bərpa etməyəcək
DÜNYA
18:31 09.03.2025
197

ABŞ-nin Ukraynaya hərbi yardımları davam etdirməsi üçün faydalı qazıntılarla bağlı əldə edilən razılaşma kifayət etməyəcək.

Bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə bildirib ki, yalnız müqavilə imzalanmaqla, Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqlarına yanaşmasını dəyişməli və bəzi güzəştlərə, o cümlədən ərazi məsələlərinə getməyə hazır olmalıdır.

"Gələn həftə Səudiyyə Ərəbistanında keçiriləcək görüşləri nəzərə alaraq, biz daha çox müsbət dəyişikliklər gözləyirik və nəhayət, bu amansız müharibəyə son qoymağı ümid edirik," - deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Brayan Hyuz bəyan edib.

Bundan əvvəl Zelenski bildirib ki, o, hər an ABŞ ilə Ukraynanın faydalı qazıntılarının çıxarılması ilə bağlı razılaşma imzalamağa hazırdır. Vaşinqton isə Kiyevin danışıqlara hazırlığını silah tədarükünün bərpası ilə əlaqələndirib.

 

///Report

OXŞAR XƏBƏRLƏR