ABŞ müdafiə naziri İsrailə gedib

ABŞ müdafiə naziri İsrailə gedib
DÜNYA
19:52 09.03.2023
185
ABŞ müdafiə naziri Lloyd Ostin İsrailə səfər edib.

Bu barədə Pentaqon rəhbəri "Twitter"də yazıb.

"Təl-Əvivə yenicə çatdım. Regional sabitliyi təşviq etmək və ümumi təhdidlərə qarşı mübarizə aparmaq üçün İsraillə sıx əməkdaşlığa davam edəcəyik", - nazir qeyd edib.

Səfər çərçivəsində Ostinlə İsrailin baş naziri arasında görüş keçirilməsi planlaşdırılır.

Pentaqon rəhbəri hava limanında həmkarı Yoav Qallant tərəfindən qarşılanıb.
OXŞAR XƏBƏRLƏR