ABŞ mütəxəssislərindən heyrətamiz zəlzələ şərhi: Üç tektonik plitənin kəsişməsi...

ABŞ mütəxəssislərindən heyrətamiz zəlzələ şərhi: Üç tektonik plitənin kəsişməsi...
DÜNYA
13:26 08.02.2023
254
Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin mahiyyəti ilə bağlı ABŞ geoalimləri mühüm açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin 10 vilayətində böyük dağıntılara səbəb olan Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı ABŞ ekspertlərindən diqqətçəkən qiymətləndirmələr gəlib.

ABŞ-ın aparıcı media orqanlarından biri olan "Wall Street Journal” qəzeti zəlzələlərdə çoxsaylı qırılma xətlərinin, binaların tikintisindəki səhlənkarlığın və qeyri-sabit yer quruluşunun böyük dağıntılara səbəb olduğunu qeyd edib.

ABŞ alimləri ikinci böyük zəlzələnin birinci zəlzələdən gərginliyin başqa bir qırılma xəttinə keçməsi ilə 9 saat sonra baş verdiyinə diqqət çəkiblər.
 
Purdue Universitetinin seysmoloqu Conatan Delf "Biz müxtəlif nasazlıqlardan ibarət sistemindən danışırıq" - deyib.
 
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) tədqiqatçısı Dara Qoldberq, üç ayrı tektonik plitənin kəsişməsində yaşanan silkələnmə nəticəsində ard-arda iki güclü zəlzələnin baş verdiyini vurğulayaraq "Normalda iki plitə bir araya gəlir, lakin üçünün kəsişdiyi bölgədə işlər daha mürəkkəbdir".

Zəlzələlərdə iki böyük fasilə olduğunu qeyd edən London Kollec Universitetinin geoalimi Stiven Hiks zəlzələlərin dayaz ərazilərdə baş verdiyinə və bu vəziyyətin enerjinin səthə çatmadan dağılmasına və dağıntının böyüməsinə mane olduğuna diqqət çəkib.

Kaliforniya Universitetinin Mühəndislik professoru Conatan Bray bildirib ki, böyük bir zəlzələnin yaxınlıqdakı başqa bir fayı qırması qeyri-adi deyil.
 
Mütəxəssislər bir-birinin ardınca baş verən iki zəlzələnin səbəblərindən birinin "qruntun mayeləşməsi” olduğuna diqqət çəkib.

Qeyd edək ki, 1999-cu ildə İzmit zəlzələsini araşdıran qrupun tərkibində olan professor Bray xüsusilə dənizə, çaylara və limanlara yaxın ərazilərdə və su qatının sıx olduğu yerlərdə qruntun mayeləşməsinin ciddi problem olduğunu deyib.
 
Mikayıl
 

 



OXŞAR XƏBƏRLƏR