ABŞ narkotik yüklü daha bir qayığı məhv edib

ABŞ narkotik yüklü daha bir qayığı məhv edib
DÜNYA
04:46 04.10.2025
174
ABŞ ordusu Venesuela sahillərində beynəlxalq sularda narkotik daşıyan daha bir qayığı məhv edib.

Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, kəşfiyyat qayığın narkotik daşıdığını, göyərtəsində olan şəxslərin narko-terrorçu olduğunu və məlum tranzit marşrutu ilə fəaliyyət göstərdiyini təsdiqləyib.

Nazir əlavə edib ki, zərbə nəticəsində qayıqda olan dörd narkotik kartelinin üzvü öldürülüb.
 
/report
OXŞAR XƏBƏRLƏR