ABŞ neftin qiymətini ucuzlaşdırmaq istəyir

ABŞ neftin qiymətini ucuzlaşdırmaq istəyir
DÜNYA
23:23 22.11.2021
421
ABŞ prezidenti Co Bayden noyabrın 23-də enerji qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla bağlı bəyanat verə bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə ""Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, bəzi digər ölkələrdən də oxşar bəyanatlar gözlənilir.
 
Bundan əvvəl, Bayden administrasiyası Cənubi Koreya, Çin, Hindistan və Yaponiya rəhbərliyindən strateji ehtiyatlarının bir hissəsini satmaq imkanlarını araşdırmağı xahiş edib. Enerji qiymətlərinin aşağı salınması qlobal iqtisadiyyatın bərpasına kömək edə bilər.
OXŞAR XƏBƏRLƏR