ABŞ-nin dövlət borcu ardıcıl dörd ildir iki trilyon dollardan çox artır, 2025-ci maliyyə ilində bu rəqəm rekord həddə - 37.6 trilyon dollara çatıb,
Bu barədə "RİA Novosti" agentliyi ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
"ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Ötən il ərzində borc 35.46 trilyon dollardan 37.64 trilyon dollara yüksəlib, bu ölkə üçün yeni rekorddur", - deyə bildirilir.
Qeyd edək ki, ABŞ-nin suveren borcunda ən böyük artım (4.2 trilyon dollar) 2020-ci ildə qeydə alınıb.
/Oxu.az