İsrailin Rəfahdakı çadır düşərgəsinə hücumundan sonra ABŞ-nin fast-food şəbəkələrinin İraqdakı filiallarına bombalı və silahla hücum edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin dünən gecə Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki çadır düşərgəsinə hücumundan sonra ABŞ qida zəncirləri reaksiya alıb.
Ötən gün İraqın paytaxtı Bağdadın Fələstin küçəsində yerləşən ABŞ fast-food şəbəkəsinin filialına bombalı hücum təşkil edilib. Naməlum şəxslər tərəfindən əl qumbarasının atıldığı restoranda insan itkisi olmasa da, maddi ziyan dəyib.
Bağdad Əməliyyat Komandanlığı hücumu törətməkdə şübhəli bilinərək saxlanılan 2 nəfərin həbs edildiyini bildirib. Silahlı qrup bu gün səhər saatlarında paytaxtın Cadiriye rayonunda eyni restoran şəbəkəsinin filialına hücum edib. Maskalı olduğu bildirilən qrup basqın etdikləri restoranda böyük dağıntılara səbəb olub.
Bu yaxınlarda Bağdadda ABŞ-nin məşhur restoranlar şəbəkəsinin qarşısına toplaşan böyük bir qrup bu şəbəkənin İraqdakı filiallarının bağlanmasını tələb edib.
Ayşən