Pentaqon oktyabrın 17-dən bəri ABŞ-nin İraq və Suriyadakı bazalarına 55 hücum edildiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ bazalarına edilən hücumlarla bağlı yeni məlumatlar verib.
Hücumların başladığı 17 oktyabrdan bu yana 27-si İraqda, 28-i Suriyada olmaqla ABŞ bazalarına 55 hücum edildiyini bildirən Sinq bu hücumlarda 59 personalın yüngül şəkildə yaralandığını və hamısının vəzifələrinə qayıtdığını bildirib.
O, İranla əlaqəli qrupları ABŞ bazalarına edilən hücumlara görə məsuliyyət daşıdığını və ABŞ-nin bu hücumlara cavab vermək hüququna malik olduğunu bildirib.
Ayşən