ABŞ-nin İsrailə təzyiqi artır

ABŞ-nin İsrailə təzyiqi artır
DÜNYA
12:09 23.02.2024
177
ABŞ rəhbərliyinin bu həftə Fransanın paytaxtı Parisdə keçirilməsi gözlənilən əsir mübadiləsi danışıqlarına İsraildən nümayəndə heyətinin göndərilməsini xahiş etdiyi bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail rəhbərliyi ABŞ-nin tələbi ilə danışıqlara nümayəndə heyəti göndərəcəyini açıqlayıb.

Parisdə keçiriləcək danışıqlarda ABŞ, Misir, Qətər, eləcə də İsrail rəsmilərinin iştirakı gözlənilir.

ABŞ-dən yayımlanan "Axios” xəbər saytı Ağ Evin Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurkun bu gün İsrailə səfəri zamanı Təl-Əviv rəhbərliyindən Parisdəki danışıqlara bir heyət göndərməyi xahiş etdiyini yazıb.

Xəbərdə sərbəst buraxılacaq fələstinli əsirlərin sayı və mümkün üç fazalı razılaşmanın ilk mərhələsi üçün siyahının necə müəyyən ediləcəyi ilə bağlı danışıqlarda İsrail və Həmas arasında böyük fikir ayrılıqlarının olduğu qeyd edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR