ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Ursula fon der Lyayen ilə görüşəcək

DÜNYA
19:58 14.02.2025
257
ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın 17-də Brüsseldə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ilə görüş keçirəcək.

Bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının nümayəndəsi Arianna Podesta bildirib.

"Fevralın 17-də Ursula fon der Lyayen Avropa Komissiyasında ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqu qəbul edəcək", - o bildirib.

OXŞAR XƏBƏRLƏR