ABŞ-nin uzunmüddətli Fələstin planı ortaya çıxdı

ABŞ-nin uzunmüddətli Fələstin planı ortaya çıxdı
DÜNYA
13:39 15.02.2024
130
ABŞ və bəzi ərəb ölkələri "Fələstin planı” üzərində işləyir.
    
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə "Washington Post” qəzeti ABŞ və bəzi ərəb ölkələrinin Fələstin dövlətinin yaradılması üçün vaxt cədvəlini ehtiva edən plan üzərində işlədiyini yazıb.

Nəşrin ABŞ və ərəb rəsmilərinə əsaslanan xəbərində ABŞ və bəzi ərəb ölkələrinin İsrail ilə Fələstin arasında uzunmüddətli sülh üçün ətraflı və əhatəli planı tamamlamağa tələsdiyi bildirilib.
 
Xəbərdə həmçinin Fələstin dövlətinin qurulması üçün qəti bir zaman üzərində iş aparıldığı və bunun yaxın bir neçə həftə ərzində açıqlana biləcəyi qeyd edilib.

Qeyd edilib ki, İsrail və HƏMAS arasında aparılan atəşkəs və əsir mübadiləsi danışıqlarının bu planlarla əlaqəli olduğu iddia edilərək, ən az 6 həftə davam etməsi gözlənilən ilk atəşkəs müddətinin bu planların ictimaiyyətə açıqlanması üçün vaxt təmin edəcəyi ifadə edilib. 

Xəbərdə ABŞ rəsmilərinin Fələstin dövlətinin tanınmasının imkanlar arasında olduğunu dediyi, ABŞ-nin Fələstin dövlətini tanımasının ərəb dünyasını bu dəfəki səylərin fərqli olacağına inandıra biləcəyi vurğulanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR