ABŞ nümayəndə heyəti Azərbaycanda biznes nümayəndələri ilə görüşlər keçirib

SİYASƏT
10:40 28.11.2013
895

Regionda biznes-tərəfdaşlığı asanlaşdırmaq məqsədilə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Türkiyədə yerləşən 11 Amerika şirkətinin və iki tərəfdaşının nümayəndələrini qəbul edib.

AZXEBER.COM-un verdiyi xəbərə görə, görüş Türkiyədə AmCham, Türkiyədə Amerika Biznes Forumu və Türkiyə-Amerika Biznes Assosiasiyası tərəfindən təşkil olunub və ABŞ-ın kommersiya departamenti tərəfindən sertifikatlaşdırılıb. Missiya Azərbaycandakı AmCham vasitəsilə ölkənin ticarət və investisiya imkanlarını araşdırıb.AmCham və ABŞ nümayəndə heyəti Azərbaycan hökuməti və biznes sahəsinin nümayəndələri ilə 40-dan artıq görüş keçirib. Görüşlər Azərbaycandakı AmCham və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.ABŞ-ın Türkiyədəki səfiri Frensis C.Rikkardon bildirib ki, üçüncü ölkələrin bazarları ilə əməkdaşlıq edən Türkiyə və ABŞ şirkətləri bütün region üzrə yeniliklər, maliyyə layihələri və yeni texnologiyaları tətbiq edir:“Özəl və kütləvi sektorun bu təşəbbüsü Türkiyə və ABŞ şirkətlərinin Azərbaycanda inkişafını təmin edir və Amerika məhsullarına və xidmətlərinə ayrılan bazar payını artırır”.Kimya şirkətləri, istehlak məhsulları, bərpa olunan və ənənəvi enerji və texnologiyalar sektoruna arxalanan ABŞ-ın icraçı missiyasına Türkiyədəki AmCham və Amerika Biznes Forumu, APEX, “Dow”, “Foster Wheeler”, “HJR Renewable Energy”, HMT, “Norris Production Solutions”, “Procter & Gamble”, “Raytheon” və “Tricon” şirkətləri, həmçinin Türkiyə-Amerika Biznes Assosiasiyasının nümayəndələri daxildir.

OXŞAR XƏBƏRLƏR