ABŞ Ordu Komandanlığı beş il ərzində "Kamikadze dronları” kimi tanınan "Switchblade” seriyalı mobil sursatların tədarükü üçün təxminən 1 milyard dollar dəyərində müqavilə imzalayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Belə ki, AeroVironment Inc. (AV) şirkəti ilə imzalanan yeni müqavilə sahəyə yerləşdirilmiş ABŞ piyada qoşunlarına düşmən tanklarını, yüngül zirehli texnikalarını, sığınacaqlardakı hədəfləri və piyada arxasında gizlənən düşməni uzaqdan məhv etmək imkanı və bacarığını təmin etmək məqsədi daşıyır.
Gülay