ABŞ ordusu Nigeri tərk etdi

DÜNYA
12:40 17.09.2024
112
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ əsgərlərinin Nigerdən çıxarılmasının başa çatdığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq açıqlamasında mayın 19-da Nigerdən çəkilməyə başlayan ABŞ ordusunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib.

Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə razılaşdırıldığı kimi sentyabrın 15-də təhlükəsiz və rəvan şəkildə tamamlanıb.

Qeyd edək ki, Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini martın 17-də ləğv etdiyini açıqlayıb və Amerika əsgərlərinin ən qısa zamanda ölkəni tərk etməsini tələb edib. 
 
Gülay
OXŞAR XƏBƏRLƏR