ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcısı Kaliforniya ştatında qəzaya uğrayıb.
Bu barədə "ABC News” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ştatın mərkəzi hissəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin "Lemur” hava stansiyası yaxınlığında baş verib.
"Təyyarə tarlaya düşüb, pilot havaya qalxa bilib, həyatı təhlükədə deyil.”, - məlumatda deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
/APA