ABŞ partlayışla bağlı açıqlama verildi

DÜNYA
16:18 18.04.2013
1105
Amerika Birləşmiş Ştatlarının Texas ştatında gübrə zavodunda baş vermiş güclü partlayış barədə ilk rəsmi açıqlamalar verilib. Zavodun yerləşdiyi Vest şəhərinin meri Tommi Maska partlayışın nüvə partlayışına bənzədiyini bildirib. Vest şəhər polis rəisinin ayaqüstü keçirdiyi mətbuat konfransında partlayışın gücünün Rixter cədvəli ilə 2,1 bal gücündə zəlzələyə bərabər olduğu bildirilib.Polis rəisi Uilyam Patrik Svonton qeyd edib ki, ölənlərin sayı hələ dəqiqləşməyib, lakin onların sayının 5-15 arası olduğu ehtimal edilir. Daha əvvəl isə 70-ə yaxın insanın öldüyü barədə məlumatlar yayılsa da, bu xəbərlər öz təstiqini tapmayıb. Vest şəhərinin polis rəisi partlayış zamanı yaralananların sayının 170 nəfərə yaxın olduğunu və ətraf binalardan 3 minə yaxın insanın evakuasiya edildiyini də bildirib.“Zavodun yaxınlığında yerləşən onlarla ev yerlə-yeksan olub. Dağıntılar arasında çox sayda insanın ola biləcəyi ehtimal olunur. Ona görə də, hələlik ölənlərin sayı barədə dəqiq məlumat verə bilmərik. Səhər açılan kimi dağıntılar altında insanların axtarışına başlanacaq. Partlayışdan sonra başlayan yanğın isə nəzarət altına alınıb. Yaxınlıqdakı məktəbə də ciddi ziyan dəyib.” - sitatın sonu.

OXŞAR XƏBƏRLƏR