ABŞ paytaxtında 300-dən çox nümayişçi həbs edilib

DÜNYA
23:10 02.06.2020
701
ABŞ-ın paytaxtı Vaşinqtonun hüquq-mühafizə orqanları ötən gecə  ərzində qaradərili əhaliyə qarşı polis zorakılığının tətbiqi əleyhinə keçirilən etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ paytaxtının Polis İdarəsinin rəisi Piter Nyuşem keçirdiyi mətbuat konfransında bildirib.

"Bizdə prosesin sonunda 300-dən çox həbs oldu", - Vaşinqton polisinin rəhbəri deyib.

Onun sözlərinə görə, "həbslər əsasən qanun pozuntularının üç kateqoriyası ilə izah olunub. Bunlar komendant saatı qaydalarına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin qarışıqlıqlarda və soyğunçuluqlarda iştirakdır.

OXŞAR XƏBƏRLƏR