ABŞ Polşada 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib

ABŞ Polşada 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib
DÜNYA
18:19 23.08.2022
318
Regionda NATO missiyasını möhkəmləndirmək və alyansın şərq cinahını müdafiə etmək məqsədilə ABŞ Hərbi-Hava Qüvvələri Polşa ərazisində 12 ədəd "F-22 Raptor” qırıcıları yerləşdirib.

12 təyyarə gündəlik uçuşlarda iştirak etməsə də, mütəmadi olaraq Avropanın hava məkanında görünür. Bu yaxınlarda Slovakiya, Estoniya, Baltik dənizi sahilləri və Avropanın cənubu üzərində təlim uçuşlarının keçirildiyi bildirilir.

Lask şəhərində olan və bu 12 qırıcının yerləşdirildiyi aviabazada ABŞ HHQ-nin daha 300 nümayəndəsi dislokasiya olunub.
OXŞAR XƏBƏRLƏR