AZXEBER.COM-un xarici mediayaya istinadən məlumatına görə, Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında Suriyaya hərbi müdaxilənin zamanı barədə danışıb: "Bu sabah, bir həftə və ya bir ay sonra da ola bilər. Dinc insanların kimyəvi silahla öldürülməsinə seyirçi qala bilmərik. Əməliyyatların əhatəsi geniş olmayacaq və məhdud xarakterli olacaq. Hərbi əməliyyatlar Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyinə bir cavab olacağını düşünürəm. Hərbi əməliyyatların başlama əmrini verməyə hazıram. Ali baş komandan olaraq, bu qərara milli maraqlarımıza düşünərək gəldim”.ABŞ prezidenti Suriyaya qarşı hərbi əməliyyatların başlamasını Amerika vətəndaşlarının da istəyi olduğunu deyib: “Bu səbəbdən Konqreslə görüşməyi qərara aldım. Konqresin qərarı olarsa, Suriya məsələsoində daha çöx irəli gedə bilərik”.Barak Obama BMT Təhlükəsizlik Şurasının qərarı olmadan da ABŞ Suriyaya qarşı hərbi əməliyyatlara başlayacağını bildirib: “BMT-dən qərar gəlmədən də Suriyaya qarşı əməliyyatlara başlamağa hazırıq. Bu ana qədər BMT Təhlükəsizlik Şurası belə bir qərar vermədi”. İngiltərə parlamentinin Suriya məsələsində çıxardığı qərara münasibət bildirən Barak Obama buna görə məyusluğunu gizlətməyib.