Bayden 2500 məhkumun cəzasını yüngülləşdirdi

DÜNYA
15:34 17.01.2025
125
ABŞ Prezidenti Co Bayden 2500 məhkumun cəzasını yüngülləşdirdiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 20-də ABŞ-da prezidentliyi ilə vidalaşacaq Co Bayden yeni əfv siyahısını açıqlayıb.
 
Bayden bildirib ki, o, ABŞ tarixində ən çox əfv fərmanı imzalayan və güzəştlər edən prezidentdir:
   
"Mən bu gün qeyri-zorakı narkotik cinayətlərinə görə məhkum edilmiş 2500-ə yaxın şəxsin cəzalarını yüngülləşdirirəm. Bu hərəkətimlə mən ABŞ tarixindəki bütün prezidentlərdən daha çox əfv və güzəştlər etmiş oluram".
 
Qeyd edək ki, Bayden 2024-cü ilin dekabrında 1500 nəfərin cəzasını yüngülləşdirib və məhkum olunmuş 39 ABŞ vətəndaşını əfv edib.
 
Bununla yanaşı, Bayden daha sonra ölüm hökmündə olan 40 federal məhbusdan 37-nin cəzasını şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına çevirib.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR