ABŞ prezidenti Co Bayden Delaver ştatında çimərlikdə dəniz, qum və günəşdən həzz alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Delaverdə istirahət edən ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cil Bayden dünən yenidən ictimai çimərlikdə görüntülənib.
Okean sahilində Delaver ştatında Rehoboth Beach adlı çimərliyə üstünlük verən Bayden çimərlikdə gəzintiyə çıxanlardan asılı olmayaraq kitabını oxuyub, günəşdən, qumdan və dənizdən həzz alıb.
Çoxlu restoran, mağaza, otel və əyləncə parkının olduğu və yay aylarında pulsuz konsertlərin keçirildiyi Rehoboth Beach-də Bayden çimərlik şortu, köynək və papaqda əyləşib.
Bayden çimərlik kreslosunda kitab oxuyarkən və dincələrkən görüntülənib.
Həmin fotoları təqdim edirik:
Gülay