ABŞ prezidenti: Münaqişələrə ara verin

ABŞ prezidenti: Münaqişələrə ara verin
DÜNYA
13:04 03.11.2023
164
ABŞ Prezidenti Co Bayden əsirləri çıxarmaq üçün tərəfləri Qəzza zolağında münaqişəyə fasilə verməyə çağırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Minnesotada proqramda 2024-cü il prezident seçkiləri ilə bağlı danışıb. 

Özünü "ravvin” kimi təqdim edən Cessika Rozenberq adlı qadın Baydenin sözünü kəsərək ondan İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün atəşkəs çağırmasını istəyib.

Bayden daha sonra deyib: "Düşünürəm ki, fasilə lazımdır. Fasilə məhbusların çıxması üçün vaxt vermək deməkdir”.

Ağ Ev rəsmiləri daha sonra aydınlaşdırıblar ki, Bayden çıxışında "məhbuslar” dedikdə, HƏMAS-ın əlində olan girovlar və humanitar yardımları nəzərdə tutur.

Ayşən
OXŞAR XƏBƏRLƏR